Oğurlanmış körpənin tapılmasından ötrü xüsui qrup yaradılıb

Oğurlanmış körpənin tapılmasından ötrü xüsui qrup yaradılıb

29 Avqust 2014 13:35
Bəyəndim (0) Bəyənmədim (0)

Sumqayıtda iki aylıq körpənin oğurlanması faktı ilə bağlı xüsusi qrup yaradılıb. Məlumata görə, qrupa Sumqayıt şəhər Polis İdarəsinin dörd bölməsinin hər birindən iki əməkdaş cəlb olunub.

Xatırladaq ki, hadisə avqustun 13-də Sumqayıt şəhərində baş verib. Sumqayıt şəhəri, 29-cu kvartal, ev 11/16, mənzil 30 ünvanında yaşayan Aysel Əhmədovanın 2 aylıq körpəsi naməlum qadın tərəfindən oğurlanıb.

Fakta görə Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə başlanıb, istintaq tədbirləri davam etdirilir.

Mediainfo.az