Ermənistanın polis rəisi orduya çatacaq yardımı mənimsəyib!

Ermənistanın polis rəisi orduya çatacaq yardımı mənimsəyib!

29 Avqust 2014 12:09
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanın Artik şəhərinin polis rəisi Tiqran Petrosyan orduya yardım adı altında külli miqdarda ərzaq və siqaret məhsullarını mənimsəyib.

APA - nın Ermənistanda nəşr olunan "Joxovurd" qəzetinə istinadən verdiyi xəbərə görə, polis rəisi yerli sakinləri və mağaza sahiblərini döyüş növbəsində dayanan hərbçilər üçün ərzaq və siqaret toplamağa çağırıb.

T. Petrosyan bildirib ki, toplanan ərzaq və siqaret məhsullarını cəbhə xəttində qulluq edən hərbçilərə şəxsən özü çatdıracaq. Lakin sonradan məlum olub ki, polis rəisi yığılan ərzaq və siqareti heç yerə göndərməyib və mənimsəyib.

Polis rəisi isə qəzetin sorğusuna cavabında hadisə baş verən vaxt məzuniyyətdə olduğunu deyib və digər sualları cavablandırmaqdan imtina edib.

Mediainfo.az