Tovuzda baş verən qəzada bələdiyyə sədri ölüb

Tovuzda baş verən qəzada bələdiyyə sədri ölüb

28 Avqust 2014 12:25
Bəyəndim (0) Bəyənmədim (0)

Tovuzda ötən gecə baş verən qəzada bələdiyyə sədri dünyasını dəyişib.
Bakı-Qazax avtomagistralının 440-cı kilometriliyində, Aşağı Quşçu kəndi ərazisində baş verən avtoqəzada Əlibəyli kənd sakini İlqar Gülmməmədovun idarə etdiyi "KamAZ" markalı yük avtomobili ilə Əlimərdanlı kənd sakini Abbas İbrahimovun sürücüsü olduğu "Mitsubushi" markalı avtomobil toqquşub. Nəticədə "Mitsubushi"nin sürücüsü, Əlimərdanlı kənd bələdiyyəsinin sədri, 54 yaşlı Abbas İbrahimov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Onun meyitini yanğınsöndürən-xilasedicilər deformasiyaya uğrayan minik avtomobilindən təhlükəsizlik qaydalarına riayət olunmaqla xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyətı üzrə təhvil veriblər. Digər sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Baş verən hadisə ilə bağlı araşdırma aparılır.

Mediainfo.az