Tələbə özünə qəsd etmək istədi

Tələbə özünə qəsd etmək istədi

23 Avqust 2014 09:40
Bəyəndim (0) Bəyənmədim (0)

Balakən rayonu Talalar kənd sakini, 1992-ci il təvəllüdlü Muxtar Sabir oğlu Mustafayev avqustun 22-si gecə saat 23:45 radələrində sol qolunun bilək nahiyəsinin doğranmış yarası ilə xəstəxanaya daxil olub. Ona xəstəxanada lazımi tibbi yardım göstərilib, vəziyyəti yaxşı olduğu üçün bu gün səhər saatlarında evə buraxılıb.

İlkin araşdırma zamanı məlum olub ki, Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin 4-cü kurs tələbəsi olan Muxtar Mustafayev intihar etmək məqsədi ilə sol qolunun bilək nahiyəsini kəsici alətlə doğrayıb. Faktla bağlı araşdırma aparılır

Mediainfo.az