Avtomobil oğrusu təhlükəsizlik kamerasına düşdü

Avtomobil oğrusu təhlükəsizlik kamerasına düşdü

21 Avqust 2014 15:44
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Binəqədi rayonu ərazisində avtomobil oğrusu təhlükəsiz şəhər kamerası vasitəsi ilə tutulub.

Bu barədə DİN mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Elvin Tanrıverdiyevi vurub hadisə yerindən qaçmış "Mercedes Vito" markalı avtomobilin Babək prospektində hərəktdə olması DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən aşkar edilib.

Görülmüş tədbirlər nəticəsində Bakı şəhər DYPİ əməkdaşları tərəfindən avtomobil saxlanılmış və sürücüsü - Gürcüstan vətəndaşı Asif Qəmbərov Binəqədi rayon Polis İdarəsinə təhvil verilib.

Mediainfo.az