Balakən sakini həmkəndlisini bıçaqlayıb

Balakən sakini həmkəndlisini bıçaqlayıb

21 Avqust 2014 14:53
Bəyəndim (0) Bəyənmədim (0)

Balakən rayon sakini 52 yaşlı həmkəndlisini bıçaqlayıb. Balakən Rayon Mərkəzi Xəstəxanasından Apa-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, avqustun 20-si axşam saat 21:10 radələrində rayonun İtitala kənd sakini, 1962-ci il təvəllüdlü İsrafil Mehralı oğlu Umaxanov mədəsindən bıçaq xəsarəti ilə xəstəxanaya daxil olub. İsrafil Umaxanovun üzərində cərrahiyyə əməliyyatı aparıldıqdan sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, hazırda vəziyyəti orta-ağır qiymətləndirilir.

Balakən rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun İtitala kəndi ərazisində baş verib. İsrafil Umaxanovla həmkəndlisi, 1968-ci il təvəllüdlü Alim Ramazan oğlu Mahamayev şəxsi münasibətlər zəminində mübahisə ediblər.

Sərxoş vəziyyətdə olan Alim Mahamayev üzərində olan bıçaqla İsrafil Umaxanovu bıçaqlayaraq hadisə yerindən qaçıb. Keçirilmiş tədbir nəticəsində hadisəni törədən Alim Mahamayev saxlanılıb. Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.

Mediainfo.az