Toydan sonra qətl

Toydan sonra qətl

20 Avqust 2014 17:27
466
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən gecə saatlarında Masallı rayonun Xırmandalı kəndində yaxın qohumlar arasında insident yaşanıb.

ANS-in bölgə müxbirinin verdiyi məlumata görə, kənd sakini Ramal Muradovla yaxın qohumu Zəbulla və onun qardaşı Samin Muradovlar arasında mübahisə baş verib. Ramalın mübahisəyə bıçaqla aydınlıq gətirmək istəyi isə qanlı sonluqla nəticələnib. Çoxsaylı bıçaq zərbələri alan Zəbulla xəstəxanaya çatdırılarkən keçinib. Qətlin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.

"Şübhəli şəxs kimi tutulmuş Ramal Muradovun ifadəsində göstərildiyi kimi Zəbulla Muradov və onun qardaşının onun valideynlərinin ünvanına söyüşlər söyməsi olub", - deyə müstəntiq Elmar Əhmədli bildirib.

Hazırda Ramal Muradov şübhəli şəxs qismində tutulub. Onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanıb. Masallı rayon Prokurorluğundan verilən məlumata görə, mübahisə toy məclisindən sonra yaranıb. Mübahisə edənlərin hər üçü sərxoş vəziyyətdə olub.

Mediainfo.az