14 yaşlı yeniyetmə boğularaq ölüb

14 yaşlı yeniyetmə boğularaq ölüb

19 Avqust 2014 12:31
Bəyəndim (0) Bəyənmədim (0)

Yuxarı Qarabağ kanalının Ağcabədi rayonu ərazisindən keçən hissəsində 14 yaşlı yeniyetmə boğularaq ölüb. Bərdənin Bəcirəvan kənd sakini, 14 yaşlı Yusif Qarayev qohumu ilə kanalda çimərkən boğulub. Yusifin suya baş vurduqdan sonra üzə çıxmadığını görən qohum yaxınlıqdakı adamları köməyə çağırıb. Bütün cəhdlərə rəğmən Y. Qarayevi tapıb sudan çıxarmaq mümkün olmayıb. Hadisə yerinə gələn yerli sakinlərin təxminən yarım saat davam edən axtarışlarından sonra yeniyetmənin meyiti batdığı yerdə tapılıb. Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda araşdırma aparılır.

Mediainfo.az