DƏHŞƏT! 2 aylıq uşaq oğurlanıb

DƏHŞƏT! 2 aylıq uşaq oğurlanıb

14 Avqust 2014 17:27
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda uşaq oğurluğu faktı qeydə alınıb.

APA-nın məlumatına görə, hadisə avqustun 13-də Sumqayıt şəhərində baş verib. Sumqayıt şəhəri, 29-cu kvartal, ev 11/16, mənzil 30 ünvanında yaşayan Aysel Əhmədovanın 2 aylıq körpəsi naməlum şəraitdə oğurlanıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları məlumatlandırılıb.

Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, daxil olan məlumat əsasında ananın izahatı alınıb.

Hazırda uşağın tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Mediainfo.az