DİN: "Göyçayda iş adamını qətlə yetirmiş şəxsin axtarışı davam etdirilir"

DİN: "Göyçayda iş adamını qətlə yetirmiş şəxsin axtarışı davam etdirilir"

14 Avqust 2014 13:26
Bəyəndim (0) Bəyənmədim (0)

Daxili İşlər Nazirliyi Göyçayda iş adamının qətlə yetirilməsi faktı ilə bağlı məlumat yayıb.

Avqustun 13-də Göyçay rayonunun Alpoud kəndində yerləşən un dəyirmanında, oranın sahibi Sahib Abbasovun ov tüfəngindən açılmış atəşlə qətlə yetirilmiş meyiti tapılıb. Faktla əlaqədar cinayət işi başlanıb. Göyçay Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Mediainfo.az