Şəmkirdə dəhşətli hadisə baş verib!

Şəmkirdə dəhşətli hadisə baş verib!

14 Avqust 2014 12:53
Bəyəndim (0) Bəyənmədim (0)
Öldürülən şəxsin qohumları qatilin evinə od vurublar!

Şəmkirdə iki nəfər arasında yaranan mübahisə bir nəfərin ölümünə səbəb olub. Belə ki, avqustun 13-də axşam saatlarında rayonun Sabirkənd kənd sakini, 22 yaşlı Vüqar Məhərrəm oğlu Əliyev mübahisə zəminində Zəyəm qəsəbə sakini, 20 yaşlı Pərvin Nəbi oğlu Tanrıverdiyevi bıçaqlayıb. P. Tanrıverdiyev hadisə yerində ölüb. V. Məhərrəmov isə hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Hadisədən sonra qətli törədən Vüqar Əliyevə məxsus 169 kvadratmetr sahəsi olan ev yanaraq yararsız hala düşüb. Yanğının ölən P. Tanrıverdiyevin qohumları tərəfindən törədildiyi ehtimal edilir. Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda və Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.

Mediainfo.az