SON DƏQİQƏ!!! Ağstafada şagirdi zorlamaq istəyən müəllim ölkədən qaçarkən yaxalanıb!

SON DƏQİQƏ!!! Ağstafada şagirdi zorlamaq istəyən müəllim ölkədən qaçarkən yaxalanıb!

14 Avqust 2014 12:47
Bəyəndim (0) Bəyənmədim (0)
Rüstəm idman müəllimi işləyirmiş

Ağstafa rayonu, Dağ Kəsəmənli kəndidə yerləşən orta məktəbin bədən tərbiyəsi müəllimi Rüstəm Ruslan oğlu Korovun 9-cu sinif şagirdi olan qıza (S.H.) qarşı seksual xarakterli hərəkətlər etməsi barədə polisə şikayət daxil olub. Daxil olan məlumat əsasında polis araşdırmalar başlayıb. Araşdırmalar zamanı hadisəni törədən şəxsin Azərbaycandan qaçdığı müəyyənləşib.

Ağstafa rayon Polis Şöbəsinin müstəntiqi Amil Tağıyev APA-ya açıqlamasında R. Korovun Rusiyaya keçmək istəyərkən sərhəddə tutulduğunu bildirib:

"Biz zərərçəkən tərəfin ifadəsini almışıq. Hadisədə adı hallanan Rüstəm Korov isə Azərbaycandan qaçmaq istəyərkən tutulub və yaxın saatlarda polis şöbəsinə gətiriləcək. Onun da ifadəsi alındıqdan və üzləşmə keçirildikdən sonra hadisəyə hüquqi qiymət veriləcək".

Mediainfo.az