Ata qatili həbsxanada öldü

Ata qatili həbsxanada öldü

13 Avqust 2014 17:14
Bəyəndim (0) Bəyənmədim (0)

Ağır xəstəlikdən əziyət çəkən məhbusun həyatını xilas etmək mümkün olmayıb

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində ölüm faktı qeydə alınıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə məhkum edilmiş 1986-cı il təvəllüdlü Məmmədov İlkin Vaqif oğlu tibb müəssisəsində ölüb. Onun uzun müddət ağır xəstəlikdən əziyət çəkdiyi bildirilir.

Qeyd edək ki, 28 yaşlı İ.Məmmədov 2012-ci ildə atasını öldürməkdə təqsirli bilinərək həbsxanaya salıbınıbmış. Ölüm faktı ilə əlqədar müvafiq araşdırmalar aparılır.

Mediainfo.az