Şadlıq evində qan düşdü

Şadlıq evində qan düşdü

13 İyun 2011 10:06
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Yasamal rayonunda ötən gecə bıçaqlanma faktı qeydə alınıb. Şərifzadə küçəsində yerləşən şadlıq saraylarının birində 23 yaşlı Abbasov Orxan Sabir oğlu və 27 yaşlı Avami Bəhrəm Musa oğlu naməlum şəraitdə bıçaqlanıb. "Oxumeni.az" "Anspress"ə istinadən xəbər verir ki, yaralılar hadisə şahidləri tərəfindən 1 saylı xəstəxanasına çatdırılıblar. Xəstəxanaya daxil olan kimi həkimlər Orxan Abbasovu və Bəhrəm Avamini müayinədən keçiriblər və ilkin müayinə zamanı Abbasovda sol qolun kəsilmiş yarası, digər yaralıda isə qarının ön divarının səthinin kəsilmiş yarası aşkarlanıb. Bəhrəm Avaminin xəsarəti yüngül olduğundan ilkin müayinədən sonra həkimlər onu ambulator müalicə üçün evə buraxıblar. Qolundan aldığı xəsarət nəticəsində vena qan damarı kəsilən Orxan Abbasovun xəsarəti daha ciddi olub. Cərrahi əməliyyatdan sonra o, stasionar müalicə üçün şöbəyə yerləşdirilib.

Yaralılar, şadlıq saraylarının birində yaranmış dava-dalaş zamanı xəsarət aldıqlarını bildiriblər. Onlara xəsarət yetirənlərin şəxsiyyətini və hadisənin təfərrüatlarını isə Yasamal rayon polis idarəsinin əməkdaşları araşdırır. Yaralılardan Bəhrəm Avami ifadəsinin alınması üçün polis idarəsinə aparılıb.

Bıçaq şadlıq sarayının süfrəsində daha faydalı olur...

Tofiq Əliyev

O.M.