Velosipedçini vurub qaçan sürücü yaxalanıb

Velosipedçini vurub qaçan sürücü yaxalanıb

13 Avqust 2014 10:01
Bəyəndim (0) Bəyənmədim (0)

Avqustun 13-ü gecə saatlarında Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Yergüc kənd sakinləri, 1993-cü il təvəllüdlü Əsbədiyev Əflatun İsgəndər oğlu və 1997-ci il təvəllüdlü Süleymanov Sərdar Sahib oğlunu velosiped idarə edərkən maşın vurub.

Hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisənin törədən Xaçmaz rayonu Üçkün kənd sakini, 1990-cı il təvəllüdlü Abdullayev Naib Cilovxan oğlu 09 BD 898 dövlət nömrə nişanlı, "VAZ 21011" markalı avtomaşını hadisə yerində qoyaraq qaçıb. Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun hadisə baş verərkən sərxoş olduğu bildirilir. Faktla bağlı Xaçmaz RPŞ-də araşdırmalar davam etdirilir.

Mediainfo.az