Qatilin həyətyanı sahəsində narkotik bitki aşkarlanıb

Qatilin həyətyanı sahəsində narkotik bitki aşkarlanıb

11 Avqust 2014 17:37
Bəyəndim (0) Bəyənmədim (0)

Gəncədə qətl törətməkdə şübhəli bilinən şəxsdən narkotik götürülüb.Apa nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsi və şəhər Prokurorluğu əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində cari il fevralın 20-də Maral İsmayılzadənin qətlə yetirilməsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Arzu Quliyevin həyətyanı sahəsinə baxış zamanı orada kultivasiya yolu ilə yetişdirilmiş ümumi çəkisi 633 kq 300 qr olan 108 ədəd çətənə kolları aşkar edilərək götürülüb.

Qeyd edək ki, fevralın 20-də saat 21.00 radələrində Gəncə şəhəri, Dədə Qorqud küçəsi bina 30 mənzil 35-də yanğın baş verib. Yanğın söndürüldükdən sonra mənzildən 1947-ci il təvəllüdlü İsmayılzadə Maral Yusif qızının meyiti aşkarlanıb. Gəncə şəhər Prokurorluğunun və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları hadisə yerində araşdırma aparır.

İlkin məlumata görə, qadın qətlə yetirilib, sonra isə mənzili yandırılıb.

Mediainfo.az