Həbsxanadan məhbuslar qaçıb

Həbsxanadan məhbuslar qaçıb

11 Avqust 2014 12:26
Bəyəndim (0) Bəyənmədim (0)

Haitidə bir qrup silahlı şəxs paytaxt Port-o-Prens yaxınlığında 900-ə yaxın məhbusun saxlanıldığı həbsxanaya hücum edib. Silahlılar mühafizəçilərə hücum edərək, məhbusları azad ediblər. ANS PRESS-in məlumatına görə, azı 2 mühafizəçi güllə yarası alıb.
Qaçan məhbusların dəqiq sayı hələlik məlum deyil. Onların arasında təhlükəli cinayətkarların olduğu bildirilir. Məhbuslardan hələlik 10-u saxlanılıb. Həmin həbsxana 2010-cu ildə Haitidə dağıdıcı zəlzələdən sonra Kanadadan gələn yardımın hesabına maliyyələşdirilirdi.

Mediainfo.az