Həyat yoldaşını bıçaqlayan tutuldu

Həyat yoldaşını bıçaqlayan tutuldu

8 Avqust 2014 14:54
Bəyəndim (0) Bəyənmədim (0)

Şabran rayonunda ailə-məişət münaqişəsi bıçaqlanma ilə nəticələnib. Mediainfo.az DİN-in saytına istinadən xəbər verir ki, avqustun 7-də Şabran rayonu Gülməli kənd sakini Xubnaz İlyasovanın evində kürəkəni Kamran Qarayev ailə-məişət münaqişəsi zəminində arvadı Leylaya bıçaqla xəsarət yetirib.

Şabran RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kamran Qarayev tutulub.