Rusiyada azərbaycanlı qətlə yetirilib

Rusiyada azərbaycanlı qətlə yetirilib

8 Avqust 2014 14:17
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyada daha bir azərbaycanlı qətlə yetirilib. Apa-nın Aran bürosunun xəbərinə görə, qətlə yetirilən şəxs Zərdab rayonunun Pervanlı kənd sakini, 34 yaşlı Əhədov Asim Rasim oğludur. Hadisə avqustun 5-də Voloqda şəhərində baş verib. Əhədov Asim Rasim oğlu və onun əmisi oğlu Şükür Əhədov bıçaqlanaraq xəstəxanaya yerləşdirilib. A. Əhədovun ürək nahiyəsindən aldığı ağır xəsarətlərdən dünyasını dəyişib. Mərhumun cənazəsi doğulduğu rayona gətirilib və Pərvanlı kənd qəbiristanlığında dəfn olunub.

Məlumata görə, Ş. Əhədov isə hazırda xəstəxanadadır, vəziyyəti ağır olaraq qalır. Kənd sakinlərinin dediyinə görə, 1 qız atası olan A. Əhədov 1 il 8 ay imiş ki, qazanc dalınca Rusiyaya gedibmiş.

Hadisənin hansı şəraitdə baş verdiyi, kim tərəfindən törədildiyi hələlik məlum deyil.

Mediainfo.az