Nahaq qan yerdə qalmaz

Nahaq qan yerdə qalmaz

10 İyun 2011 18:06
Bəyəndim (0) Bəyənmədim (0)
Yuri Budanov vaxtilə yenimyetmə qızı qətlə yetirmişdi



"İtarTass"-ın verdiyi xəbərə görə, Rusiyanın paytaxtı Moskvanın "Komsomolsiy" prospektində yerli vaxtla 12.10-da vaxtilə çeçen yeniyetmə qıza atəş açaraq öldürməkdə ittiham edilən sabiq ordu polkovniki Yuriy Budanov qətlə yetirilib. Naməlum şəxs notariat kontorundan çıxan 48 yaşlı keçmiş polkovnikə baş nahiyyəsindən dörd dəfə atəş açıb. Hadisəni törədən şəxsin qətl zamanı atəş açdığı avtomobil ərazidən bir qədər aralıda tapılıb. İstintaqçılar və polkovnikin keçmiş vəkili Alekcey Dulimov qətlin təxribat xarakteri daşıdığını və etnik qrupların əli olduğunu istisna etmir.

Xatırladaq ki, Y. Budanov 2000-ci ildə 18 yaşlı çeçen qızın oğurlanaraq qətlə yetirilməsinə görə 10 illik həbs cəzasına məhkum olunmuşdu. 2009-cu ildə onun azadlığa buraxılması Çeçenistanda etirazlara səbəb olmuşdu.

Bəhram Mustafabəyli