Jurnalist rüşvət alarkən tutuldu

Jurnalist rüşvət alarkən tutuldu

5 Avqust 2014 16:05
Bəyəndim (0) Bəyənmədim (0)

Qubada "jurnalist" 3 min manat tələb edib

Quba rayonunda fəaliyyət göstərən jurnalist rüşvət alarkən saxlanılıb. Quba rayon polis şöbəsinin rəisi Seyfulla Əzimovun ANS-in bölgə müxbirinə verdiyi məlumata görə, müxbir fəaliyyətilə məşğul olan Dəyanət Məmmədov barəsində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət daxil olub.
Şikayət edən vətəndaş bildirib ki, jurnalist ona hədə-qorxu gələrək, ondan 3 min manat tələb edir. Şikayət əsasında əməliyyat keçirilib. Əməliyyat zamanı vətəndaş tələb olunan pulu jurnalistə təqdim edib. Dəyanət Məmmədov pulu alan zaman hüquq-mühafizə orqanları hadisə yerinə gəliblər.
Polis onu pulu alarkən yaxalayaraq Bakıya aparıb.
Qeyd edək ki, Dəyanət Məmmədov uzun müddət Quba rayonunda müxtəlif kütləvi informasiya vasitələrində çalışıb. O, sonradan əvvəllər çalışdığı kanalların adından istifadə edərək reketçiliklə məşğul olurmuş.
Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az