Qaçaqmalçıların məhkəməsi yekunlaşdı

Qaçaqmalçıların məhkəməsi yekunlaşdı

5 Avqust 2014 14:39
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıqda ittiham olunan Azərbaycan vətəndaşları Elşad Atakişiyev və Pərviz Səfərovun məhkəməsi başa çatıb.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 206-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham olunublar. Onlar xarici ölkədə telefon nömrələri alaraq Azərbaycana gətiriblər. Hər iki şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.

Mediainfo.az