İrandan narkotik gətirən həbs edildi

İrandan narkotik gətirən həbs edildi

5 Avqust 2014 14:34
Bəyəndim (0) Bəyənmədim (0)

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi xeyli miqdarda narkotik vasitəni dövriyyədən çıxarıb.

Bu barədə DİN mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirilmiş narkotik maddənin satılacağı barədə Baş İdarəyə əməliyyat məlumatı daxil olub. Cəlilabad rayonunda keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində 11 kiloqram həşişi satmaq istəyən 43 yaşlı İlyas Nağıyev cinayət başındaca yaxalanıb. Saxlanılan şəxs bildirib ki, İranda tanış olduğu Cəfər adlı şəxs ona zəng vuraraq həşişin Cəlilabad rayonu ərazisində gizlədildiyini deyib.

İlyas Nağıyev Cəfər adlı şəxsin tapşırığı ilə narkotik maddəni götürərək satmaq üçün əvvəlcədən tapdığı müştəriyə aparıb. İlyas Nağıyev 11 kiloqram həşişi 27.500 Amerika dollarına satarkən əməliyyatçılar tərəfindən ələ keçirilib. Saxlanılan şəxsdən həşiş və 27.500 dollar maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət məcəlləsinin müvafiq maddəsi ilə iş başlayıb, istintaq aparılır.

Mediainfo.az