Azərbaycanda məmur məmuru bıçaqladı

Azərbaycanda məmur məmuru bıçaqladı

5 Avqust 2014 12:19
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gün Şəmkir rayon Maliyyə İdarəsinin rəisi Nazim Məlikov şəxsi münasibətlər zəminində rayonun Düyərli kənd bələdiyyə sədrinin müavini, 1953-cü il təvəllüdlü Zakir Tağıyevə bıçaqla xəsarət yetirib. Yaralı dərhal rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, Zakir Tağıyevə tibbi yardım göstərilib. Hazırda onun vəziyyəti normaldır. Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

Mediainfo.az