Bu adamı tanıyan varsa, məlumat versin! - FOTO

Bu adamı tanıyan varsa, məlumat versin! - FOTO

2 Avqust 2014 12:10
Bəyəndim (0) Bəyənmədim (0)

Avqustun 1-də gecə saat 23.00 radələrində Şirvan-Hacıqabul magistralının 1-ci kilometrliyində avtoqəza baş verib. Belə ki, Şirvan sakini Hacıyev Samir Qadir oğlu idarə etiyi VAZ 2107 markalı 10 UF 107 dövlət nömrə nişanlı avtomobillə yoldan keçən piyadanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Hələlik piyadanın şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Onun meyiti Şirvan şəhərinin Patoloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza Mərkəzinə təhvil verilib. Hacıqabul polisi meyitin fotogörüntülərini yayıb. Ölən şəxsin təxminən 30-35 yaşlarında olduğu bildirilir. Sol qolunun yuxarı nahiyəsində "Zamir", biləyində isə "Ata ana" sözləri yazılıb. Onu tanıyanlardan Hacıqabul polis şöbəsinə 021 204 10 32 nömrəli telefona zəng etmələri xahiş olunur. Faktla bağlı araşdırma aparılır./apa/

Mediainfo.az