"Korol" gecə klubunun qarşısında baş verən qətlin üstü açılıb

"Korol" gecə klubunun qarşısında baş verən qətlin üstü açılıb

1 Avqust 2014 11:18
Bəyəndim (0) Bəyənmədim (0)

İyulun 30-dan 31-ə keçən gecə "Korol" gecə klubunun qarşısında Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Vüsal İlham oğlu Abdullayevi qətlə yetirən şəxsin 1994-cü il təvəllüdlü Emin Elşad oğlu Ağazadə olması müəyyən edilib. Həyata keçirilən tədbirlər nəticəsində E. Ağazadə tutulub. İlkin araşdırmalar nəticəsində qətlin motivi də məlum olub. Saxlanılan E. Ağazadə ilkin ifadəsində qeyd edib ki, özünə məxsus velosipedlə "Korol" gecə klubunun qarşından keçəndə mərhum V. Abdullayev ona söz ataraq velosipedi ondan almaq istəyib. Bu zəmində onların arasında mübahisə düşüb və nəticədə E. Ağazadə V. Abdullayevi bıçaqlayaraq qətlə yetirib.

Qeyd edək ki, məlum hadisə "Korol" gecə klubunun qarşısında qeydə alınıb. Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Vüsal İlham oğlu Abdullayev naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Mediainfo.az