Bir ay öncə baş vermış qətlin səbəbkarı ələ keçdi!

Bir ay öncə baş vermış qətlin səbəbkarı ələ keçdi!

9 İyun 2011 14:32
Bəyəndim (0) Bəyənmədim (0)

İsmayıllı rayonu, C.Məmmədquluzadə küçəsi, 7 ünvanında yaşayan 39 yaşlı Dilarə Vəliyeva ölmüş, 54 yaşlı qardaşı Ələkbər Vəliyev isə yaralı vəziyyətdə aşkar edilmişdi. Belə ki, əvvəllər ailəli olan Dilarənin təxminən 10 il əvvəl həyat yoldaşı rəhmətə getmiş, sonra o, qeyri-rəsmi bir nəfərlə yaşayıb. Amma çox keçməyib ki, həmin şəxsdən ayrılaraq, 2 uşağı ilə Bakı şəhərinə gəlib.

Dilarə İsmayıllı rayonunda qətlə yetirilib. Qardaşı da həmin vaxt onunla olduğundan yaralanıb. Qadının qeyri-rəsmi yaşadığı Xanlar tərəfindən öldürüldüyü güman edilir. X.Məmmədov yaxalanıb. CM-nin qəsdən adam öldürmə (120.1-ci) və qəsdən iki və ya daha artıq şəxsi öldürməyə cəhd (29, 120.2.7-ci) maddələri ilə cinayət işi açılıb.

Xanlar Məmmədovu xanlara layiq olmayan dəmir barmaqlıqlar gözləyir.

Könül Aypara

O.M.