Türkiyədən Azərbaycana parçalanmış kişi meyiti göndərmək istəyiblər

Türkiyədən Azərbaycana parçalanmış kişi meyiti göndərmək istəyiblər

9 İyun 2011 10:00
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin İstanbul şəhərində Azərbaycana göndərilməli olan qutunun içindən parçalanmış kişi meyiti tapılıb. Türkiyə xəbər agentliklərinin yaydığı məlumata görə, iyunun 8-də İstanbulun Aksaray rayonundakı özəl karqo şirkətinə gələn naməlum şəxs gətirdiyi qutunu şirkət nümayəndələrinə verib. O, yükü Bakıya göndərmək istədiyini söyləyərək uzaqlaşıb. Bağlamadan gələn kəskin qoxudan şübhələnən şirkət işçiləri yorğana bükülmüş cəsəd aşkarlayıb. Qeyd edək ki, bağlamadan başına küt alətlə vurularaq öldürülmüş, ayaqları skotçla bağlanmış, ağzı əski ilə tıxanmış, əynində qısa şalvar olan təxminən 30-35 yaşlarında kişi meyiti çıxıb. Dərhal polisə xəbər verilib. Polis faktla bağlı təhqiqata başlayıb.

Türkiyədən heç də həmişə hədiyyə göndərilmir.

Tofiq Əliyev

O.M.