Avtomaşınlardan oğurluq etmiş bir qrup şəxs tutulub

Avtomaşınlardan oğurluq etmiş bir qrup şəxs tutulub

8 İyun 2011 14:37
645
Bəyəndim (0) Bəyənmədim (0)

Sabunçu RPİ 15-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 6-da Həsən Quliyevə və Əfqan Şirinova məxsus avtomaşınlardan oğurluq etmiş Bakı şəhər sakinləri Samir Hüseynov, Rafiq Murtuzəliyev, İlqar Vəliyev və onun qardaşı Tural tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların müxtəlif vaxtlarda Rahib Abbasova, Fəxrəddin Məmmədrəhmanova, Bədir Əmiyevə, Tofiq Şərifova, Taleh Həmzəyevə və Malik Məmmədova məxsus avtomaşınlardan oğurluq etmələri də müəyyən edilmişdir.

Qanun elə bağırdı ki, oğruların bağrı yarıldı

Tofiq Əliyev

O.M.