Qaçırdığı maşının hissələrini satdı, qalanını yandırdı

Qaçırdığı maşının hissələrini satdı, qalanını yandırdı

7 İyun 2011 17:00
680
Bəyəndim (0) Bəyənmədim (0)

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 29-da Feyzulla Seyidova məxsus "VAZ-2106" markalı avtomaşını qaçırmış şəhər sakini, əvvəllər məhkum olunmuş Heydər Cəfərov tutulmuşdur. Araşdırmalar zamanı H.Cəfərovun avtomaşının ehtiyat hissələrini satması, banını isə Ləhic bağları yaxınlığında yandırması müəyyən edilmişdir. Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.

Avtomaşını qaçırmağı bacarsa da, polisdən qaça bilmədi.

Tofiq Əliyev

O.M.