"Kral"ın yanında silahlı insident baş verib

"Kral"ın yanında silahlı insident baş verib

7 İyun 2011 14:55
773
Bəyəndim (0) Bəyənmədim (0)

Ş.Rəhimov küçəsi ilə H.Əliyev küçəsinin kəsişməsində yerləşən "Kral" şadlıq sarayının yaxınlığında silahlı insident olub. Bir qrup gənc arasında baş verən dava zamanı silahdan da istifadə olunub. Nəticədə restoranın şüşələri sınıb, restoran rəhbərliyinə külli miqdarda ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidən güllə gilizləri götürüb. Faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq (221-ci) maddəsi ilə iş başlanılıb. Hadisəni törədən şəxslərin tutulması istiqamətində iş aparılır.

Şadlıq sarayı üçün şad olmayan xəbər.

Könül Aypara

O.M.