Xoşbəxt olmaq üçün getmişdilər, amma...

Xoşbəxt olmaq üçün getmişdilər, amma...

7 İyun 2011 13:41
Bəyəndim (0) Bəyənmədim (0)
Suala doğru cavab aldıqdan sonra 3 milyonluq oğurluq gerçəkləşdi

Okeaniyanın ən böyük ölkələrindən biri olan Yeni Zelandiyada ağıllara zərər verən bir oğurluq gerçəkləşdirilib. Paytaxt Vellinqtonda "Hipnozla xoşbəxtlik" seminarını təşkil edən bir şirkət 39 nəfəri seansa alıb. Sadəcə 12 dəqiqə içərisində onların hamısını hipnoz edən seansçılar "xoşbəxt olmaq" istəyən iştirakçıların bank hesablarının və digər pul kartlarının şifrələrini soruşub. 39 nəfərin hamısı da bu suala doğru cavab verib. Hipnozçu oğrular bundan sonra hərəkətə keçib. Bank hesablarındakı bütün pulları internetlə öz hesablarına yatırıblar. Vellinqton polisi oğurlanan rəqəmin 3 milyon dollar civarında olduğunu bildirir. Analoji olay ötən il Avstraliyada da gerçəkləşdirilmişdi. 12 nəfərdən bu yolla 600 min dollar pul oğurlanmışdı.

Yatan adamın pulunu yeyərlər, üstündən də su içərlər.

Günel Həbib

O.M.