Tümendə qan davası

Tümendə qan davası

4 İyun 2014 14:19
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanlını öldürən çeçen xəstəxanada qətlə yetirildi

Tümendə azərbaycanlılarla osetin və çeçenlər arasında münaqişə baş verib. "Bakı" kafesinə gələn 3 osetin və 1 çeçen obyektin sahibinin qohumu Atəş Qurbanovla mübahisə ediblər. Mübahisə zamanı Atəş Qurbanov ağır bıçaq yarası alıb. Yaralı təcili olaraq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Bu zaman davada yaralanan çeçen də həmin xəstəxanaya gətirilib. Affekt vəziyyətində olan Qurbanovun qohum və dostları yaralı çeçenə hücum ediblər. Çeçeni döyən azərbaycanlılar sonra onu həyətə çıxararaq bıçaq zərbələri ilə öldürüblər. Hər iki fakt üzrə "qətl" və "qrup şəklində qətl törətmək" maddələri ilə cinayət işi başlanıb, istintaq gedir.

Mediainfo.az