Qumarxana təşkil edən bir neçə nəfərdən ibarət dəstə yaxalanıb

Qumarxana təşkil edən bir neçə nəfərdən ibarət dəstə yaxalanıb

4 İyun 2014 12:12
Bəyəndim (0) Bəyənmədim (0)

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları respublikada daha bir kazino qumarxana fəaliyyətinin qarşısını alıb. Belə ki, baş idarə əməkdaşlarının Sumqayıt şəhərində keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində kazino-qumarxana təşkil edən bir neçə nəfər tutularaq məsuliyyətə cəlb olunub. Xaçmaz rayonunda anadan olmuş, 31 yaşlı Teyfur Əliosmanov və Sumqayıt şəhər sakini, əvvəllər də eyni əmələ görə həbsdə olan, 24 yaşlı Cavad Ağayev digərləri ilə əlbir olaraq kafelərin birində onlayn kazino qumar oyunları təşkil ediblər. Obyekti işlədən Teyfur Əliosmanov ifadəsində bildirib ki, hələlik axtarışda olan başqa bir dostu kompüter dəstləri və kazino qumarxana təşkil etmək üçün digər avadanlıqlar alaraq ona təhvil verib.

Əməliyyat zamanı həmçinin kazino qumar oyunlarında iştirak edən bir neçə nəfər də müəyyən edilərək saxlanılıb və onların barəsində qanunla müəyyən edilmiş qaydada tədbir görülüb. Obyektə baxış zamanı 19 ədəd kompüter dəsti, server prosessor, yaddaş kartları, qumar kuponları və qumar oyunlarından əldə olunan nəğd pullar aşkarlanaraq götürülüb.

Faktla bağlı DİN BMCMİ-nin İstintaq Şöbəsində cinayət işi açılıb, istintaq aparılır. /apa/

Mediainfo.az