"Oxu Məni" tənha qadını qorumaq üçün Gəncəyə yollandı

"Oxu Məni" tənha qadını qorumaq üçün Gəncəyə yollandı

6 İyun 2011 23:56
Bəyəndim (0) Bəyənmədim (0)
Redaktor günahkarları məhkəməyə verdi

Xatırlayırsınızsa, 10 may tarixində "Qayınatası ona təcavüz etməyə çalışdı" başlıqlı məqaləni sizlərə təqdim etmişdik. Məqalədə Gəncə sakini Səidə xanım həyatının çətin anlarını dilə gətirərək, bir neçə dəhşətli etiraflar etmişdi. Bundan sonra ANS tv kanalı da qəhrəmanımızla maraqlandı və onu "Elgizli axşamlar" verilişinin qonağı etdi. Bütün bunların ardınca Oxumeni.az, Oxu Məni qəzeti və ANS televiziya kanalının ünvanına hədə-qorxu dolu zənglər daxil olmağa başladı. Materialın müəlliflərindən olan Mehriban Bəylərqızı həqiqət axtarışında hadisəni sonadək araşdırmaq qərarına gəldi. Bu məqsədlə Oxu tv-nin (qeyd: oxumeni.az-ın tərkibində internet tv) redaktoru Gəncəyə ezam olundu. Artıq Mehriban Bəylərqızı hədə-qorxu gələn, təhqirlər ifadə edən tərəfi, yəni Səidənin atasını yerli məhkəməyə vermişdir. Hadisələrin inkişafı ilə Oxumeni.az sizləri anbaan tanış edəcək. Hələlik təkcə onu deyə bilərik ki, qəhrəmanlarımız bizim üçün reytinq göstəricisi deyil, əl uzada biləcəyimiz köməksiz insanlardır...

Haqq Allahın adıdır. Odur ki, incəlsə də, qırılmaz...

İsa Rəvan

O.M.