Suraxanıda ölənlərin kimliyi bəlli oldu

Suraxanıda ölənlərin kimliyi bəlli oldu

4 İyun 2014 10:55
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gecə Zığ yolunda "Hyundai" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində ölən şəxslərin 1973-cü il təvəllüdlü Eyyub Mustafayev, 1973-cü il təvəllüdlü Rüfət Cəfərov və 1977-ci il təvəllüdlü Ramin İbrahimov olması müəyyən edilib. Qəza nəticəsində xəsarət alan, 1986-cı il təvəllüdlü Aqşin Hüseynov isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Mediainfo.az