22 yaşlı mingəçevirlini qətlə yetirən kimdir?

22 yaşlı mingəçevirlini qətlə yetirən kimdir?

3 İyun 2014 12:29
Bəyəndim (0) Bəyənmədim (0)

Mingəçevir şəhəri Təbriz küçəsi 50/2 ünvanında qətl hadisəsi qeydə alınıb. 1987-ci il təvəllüdlü Quliyev Tural Vidadi oğlunun meyiti elə öz evindən tapılıb.

Qonşular hadisə barədə şəhər polis şöbəsinə məlumat veriblər. Məlum olub ki, Tural Quliyev aldığı bir neçə bıçaq xəsarətindən dünyasını dəyişib. Tural Quliyevin kim tərəfindən qətlə yetirildiyi hələlik məlum deyil. Hazırda hadisəni törədən şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Mediainfo.az