Dost qatilinə hökm oxunub

Dost qatilinə hökm oxunub

2 İyun 2014 17:39
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Orxan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Prosesdə hökm oxunub. Hökmə əsasən, 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, O. Məmmədov Bakıda gəmi kapitanın köməkçisi işləyib. O, Bakının Yasamal rayonunda yaşayan tanışı, 61 yaşlı Manafova Xoşavaz İsa qızını qətlə yetirib. Araşdırma zamanı məlum olub ki, Xoşavaz Manafova tanışı Orxan Məmmədovu evlərinə dəvət edib. Daha sonra aralarında mübahisə yaranıb. Bu vaxt O. Məmmədov masanın üstündə olan güldanı qadının başına vurub. Bıçaqla ona bir necə zərbə vurub öldürdükdən sonra Xoşavaz Manafovaya məxsus mobil telefonu götürərək mənzili tərk edib.

Mediainfo.az