Gəncəlini bıçaqlayan şəxsin axtarışına başlanılıb

Gəncəlini bıçaqlayan şəxsin axtarışına başlanılıb

2 İyun 2014 11:39
Bəyəndim (0) Bəyənmədim (0)

Gəncədə uşaqların əyləncə məkanı olan "Cırtdan" parkında bıçaqlanma olub. Belə ki, 1971-ci il təvəllüdlü Elmir Verdiyev döş qəfəsinin kəsilmiş- deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal əməliyyat edilən E. Verdiyevin vəziyyətinin orta-ağır olduğu bildirilir.

Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, E. Verdiyevin kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az