Oğrular bir-bir ələ keçirlər
Xəbər
verdiyimiz kimi, mayın 31-də Elxan Cəbiyevin mağazasından 600 manat və ərzaq
məhsulları oğurlanmışdı. DİN-nin mətbuat xidmətindən verilən məlumata görə,
Nərimanov Rayon Polis İdarəsi 17-ci bölməsinin əməkdaşlarının həyata
keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluğu həyata
keçirən Bakı şəhər sakinləri Coşqun Mirzəyev, Mircavad Ağayev və Aslan Həsənov
yaxalanıblar.
Mayın 25-də H.Əliyev adına Beynəlxalq Aeroportda Eldar Orucovun mobil telefonu
oğurlanmışdı. Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər
sakini Taleh Məmmədov da törətdiyi əməl ucbatından tutulub. Faktlarla bağlı
cinayət işi açılıb, araşdırma aparılır.
Oğrular öz azadlıqlarını oğurlamış oldular...
Könül Aypara
O.M.