Respublikamızda gün ərzində nə kimi cinayətlər törədilib?

Respublikamızda gün ərzində nə kimi cinayətlər törədilib?

4 İyun 2011 18:14
Bəyəndim (0) Bəyənmədim (0)

Respublikanın daxili işlər orqanları tərəfindən iyunun 3-də 45 cinayət faktı qeydə alınıb ki, onların da 22-nin üstü "isti izlər"lə açılıb. Həmçinin, ötən günlərdən bağlı qalmış 6 cinayətin üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında qeydə alınmış 4 yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 25 nəfər həbs olunub.

Çalışın kriminal yaxıların oxucusu olun, mövzusu yox...

Könül Aypara

O.M.