11 yaşlı qıza 18 ildir təcavüz edənə hökm oxunuldu

11 yaşlı qıza 18 ildir təcavüz edənə hökm oxunuldu

4 İyun 2011 14:04
1 317
Bəyəndim (0) Bəyənmədim (0)

San-Fransiskoda 11 yaşlı Ceysi Düqon oğurlanmış və 18 il seksual təcavüzə məruz qalmışdı. Nəhayət ki, onu qaçıranlar haqda məhkəmə hökm oxudu. 60 yaşlı Filip Qarrido 436 il azadlıqdan məhrum edildi. Məsləkdaşı və həyat yoldaşı 55 yaşlı Nensi isə 36 ilini həbsxanada keçirməli olacaq.

1991-ci ildə 11 yaşlı qızcığaz dayanacaqda məktəb avtobusunu gözləyərkən oğurlanıbmış. Filip Qarrido tərəfindən oğurlanan qızcığaz bu illər ərzində emalatxanada saxlanılıb. Ceysinin Filip Qarrido adlı qocadan 15 və 12 yaşlarında uşaqlarının da olduğu bildirilir. Uşaqlar bu illər ərzində həyətdəki evdə yaşayıblar. Hazırda Ceysinin 31 yaşı var. İtkin düşmüş qızın ailəsinin onu illərlə axtarmasına baxmayaraq, heç bir nəticə əldə olunmayıb. Ta ki 2009-cu ilə qədər.

Məncə, 60 yaşlı Filip Qarrido 436 il həbs yatmağa razıdır...

Könül Aypara

O.M.