30 yaşlı gənc qızın ölümünə nə səbəb olub?

30 yaşlı gənc qızın ölümünə nə səbəb olub?

2 İyun 2011 14:35
Bəyəndim (0) Bəyənmədim (0)

Yasamal rayonu, Nazim Hikmət küçəsində yerləşən evdə kirayə yaşayan 30 yaşlı Günel Mustafayevanın meyiti hamamda tapılıb. Meyiti onunla bərabər həmin mənzildə yaşayan qardaşı aşkarlayıb. Mərhumun qardaşı işdən evə gələn zaman qapını döysə də, açan olmayıb. Məcbur olaraq pəncərədən evə daxil olub və əl-üzünü yumaq üçün hamama girəndə bacısının meyitini görüb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının işçiləri meyitin üzərində zorakılıq əlamətlərinin olmadığını bildiriblər. Mərhumun dəm qazından boğulması ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.

Könül Aypara

O.M.