Avtomaşından 25 kiloqram həşiş götürüldü

Avtomaşından 25 kiloqram həşiş götürüldü

31 May 2011 15:45
Bəyəndim (0) Bəyənmədim (0)

DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi və Biləsuvar RPŞ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Biləsuvar rayonunun ərazisində, Neftçala rayon sakini Əziz Rzayevin idarə etdiyi "VAZ-2106" markalı avtomaşın nəzarət qaydasında saxlanılmışdır. Avtomaşına baxış zamanı Ə.Rzayevdən və sərnişinləri Mətləb Məlikov və onun qardaşı, əvvəllər məhkum olunmuş Əfsərdən 25 kiloqram 400,20 qram həşiş götürülmüşdür.

Bu "trio" sonrakı peşmançılığın faydasızlığını içəridə dərk edəcək.

Tofiq Əliyev

O.M.