Qonağın meyiti tapıldı

Qonağın meyiti tapıldı

31 May 2011 12:32
Bəyəndim (0) Bəyənmədim (0)


Cəlilabad rayonunun Ağdaş kəndində yaşayan, 31 yaşlı İsmayıl Kazımov özünü öldürüb. Onun meyiti atasının həyətində asılmış vəziyyətdə tapılıb. Rusiya vətəndaşı olan İ.Kazımov uzun müddət idi ki, Dağıstanda yaşayırdı. Bir neçə günlük vətəninə qonaq gəlibmiş. Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.

Gəzməyə qərib ölkəni, ölməyə vətəni üstün tutdu.

Könül Aypara

O.M.