Avtomaşını qaçıran Ağstafa sakini polisi bıçaqladı

Avtomaşını qaçıran Ağstafa sakini polisi bıçaqladı

30 May 2011 10:59
Bəyəndim (0) Bəyənmədim (0)

Ağstafa şəhər sakini Rauf Qəniyevə məxsus "VAZ-21011" markalı avtomaşın evinin qarşısından qaçırılmışdır. Ağstafa RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşını qaçırmış həmyerlisi Ramil Yaqubov avtomaşınla birgə saxlanılaraq RPŞ-nə gətirilmişdir. RPŞ-nin həyətində olarkən R.Yaqubov qəflətən cib bıçağı ilə Dövlət Yol Polisi Bölməsinin rəisi, polis mayoru Hidayət Kərimovə yüngül xəsarət yetirmişdir. H.Kərimov xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Gəmidə oturub gəmiçi ilə dava etdi.

Tofiq Əliyev

O.M.