Baş tutmayan quldurluq

Baş tutmayan quldurluq

17 Fevral 2014 15:20
Bəyəndim (0) Bəyənmədim (0)
Bakıda 3 oğlan qadının ağzını tutub evə saldı

Bakı şəhərinin Binəqədi rayonu ərazisində quldurluq hadisəsi baş verib. Rayon Polis İdarəsindən verilən məlumata görə, Biləcəri qəsəbəsi R.İsmayılov küçəsi 24/14 ünvanında yaşayan Pərvanə Quliyeva evdən çıxarkən naməlum şəxslərin hücumuna məruz qalıb. 35 yaşlı P.Quliyeva mənzildən çıxarkən 3 nəfər gənc oğlan ona hücum edib və ağzını tutaraq evə salıb. Qadının çığır-bağır saldığını görən şəxslər əməllərini yarımçıq qoyaraq qaçıblar.

Aparılmış araşdırmalardan sonra quldurluq hadisəsində şübhəli bilinən 1993-cü il təvəllüdlü Rafiq Səfərov və digər iki nəfər müəyyən edilərək saxlanılıb. Məlum olub ki, onlar talan məqsədi ilə qadına hücum ediblər.

Faktla bağlı Binəqədi RPİ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.