Vəhşilik: Arvadını qardaşının qəbri üstündə zülmlə öldürdü

Vəhşilik: Arvadını qardaşının qəbri üstündə zülmlə öldürdü

17 Fevral 2014 15:00
444
Bəyəndim (0) Bəyənmədim (0)

Arvadının başını əzib, boğazını kəsən kişi, daha sonra intihar edib

Ermənistanda görünməmiş dəhşət yaşanıb. ANS-in "News.am" saytına istinadən verdiyi məlumata görə, fevral ayının 15-ə, səhər saatlarında 38 yaşlı Artur Sarxoşyan qardaşının qəbri üstündə ağlasığmaz cinayət törədərək intihar etmək istəyib.
Belə ki, Artur Sarxoşyan qardaşının qəbri üstündə arvadı, 35 yaşlı Araks Martorisyanı vəhşicəsinə qətlə yetirib. O, arvadını əvvəlcə möhkəm döyüb. Daha sonra arvadının başına bir neçə dəfə daşla vurub. Başı parçalanan arvadının bədənindəki sümükləri sındırıb. Bununla da əsəbləri soyumayan Artur Sarxoşyan cibindəki ülgücü çıxararaq qadının boğazını kəsib.
Gözləri qanla dolan Artur Sarxoşyan sonradan venalarını kəsib. Onu ağır halda xəstəxanaya yerləşdiriblər.
Faktla bağlı Ermənistan cinayət məcəlləsinin 104-cü maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.