Avtoritetin qardaşını öldürüb kanalizasiyaya atdılar

Avtoritetin qardaşını öldürüb kanalizasiyaya atdılar

17 Fevral 2014 14:37
Bəyəndim (0) Bəyənmədim (0)

Tanınmış kriminal avtoritet Tevosikanın qardaşı Artur Safaryanın qətlini İsrail Sarkisyan sifariş edib. "News.am" saytının verdiyi məlumata görə, qətli onun yaxın dostu Movses Hersisyan həyata keçirib.

Movses Hersisyan qətli gizlətmək üçün xüsusi plan qurub. O, Artur Safaryanı otelə dəvət edib və orada da onu öldürüb. Daha sonra onun meyitini kimsəsiz bir ərazidəki kanalizasiya quyusuna atıb.
Faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin 104-cü maddəsinin 1-ci bəndi və 235-ci maddə ilə cinayət işi başlanıb, istintaq gedir.
Qeyd edək ki, baş verən hadisələr müşahidə kameraları vasitəsilə qeydə alınıb.