Sumqayıtda kürəkən qayınanasından intiqam aldı

Sumqayıtda kürəkən qayınanasından intiqam aldı

17 Fevral 2014 13:06
Bəyəndim (0) Bəyənmədim (0)

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.

Şəhər Polis İdarəsindən verilən məlumata görə, hadisə fevralın 16-dan 17-ə keçən gecə Sumqayıt şəhəri, Sülh küçəsi 29 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1961-ci il təvəllüdlü Zərnigar Lətifova kürəkəni, 1981-ci il təvəllüdlü Razim Mehman oğlu Həsənov tərəfindən bıçaqlanıb. Bir neçə bıçaq xəsarəti alan Z. Lətifova ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.Hadisəni törədən R. Həsənov polis tərəfindən saxlanılıb.Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.